- Baxış sayı: 88
- 25 İyun 2025 23:59
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında mövcud çatışmamazlıqlar hər kəsi düşündürür. Allsport.az saytı xəbər verir ki, idman rəyçisi Pərvin Mehdiyev müsahibəsində çıxış yolunu izah etməyə çalışıb.
– Hazırda ölkəmizdə bədən tərbiyəsi və idmanın vəziyyətini necə qiymətləndirirsiniz?
– Bədən tərbiyəsi və idman sahəsində müəyyən uğurlar əldə edilsə də, bir sıra sistemli problemlər qalmaqdadır. İlk növbədə bölgələrdə idman infrastrukturu tam təmin olunmayıb və müvafiq yerli qurumlarla əlaqəli fəaliyyət aşağı səviyyədədir. Həmçinin məktəb və universitetlərdə bədən tərbiyəsi dərsləri formal xarakter daşıyır, gənclərin kütləvi idmanla məşğul olmaq imkanları məhduddur.
Peşəkar idmanda isə gənc istedadların aşkarlanması, məşqçi hazırlığı və idmançılara sosial təminat məsələləri hələ də tam həll olunmayıb. Digər tərəfdən, idman elmi, idman tibbi və texnoloji təminat sahəsində geri qalırıq. Sponsorluq və marketinq sahəsi də inkişafdan geri qalır, özəl sektorun marağı zəifdir.
– Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
– İlk növbədə mövcud idman infrastrukturu yenilənməli, ucqar bölgələrdə səyyar idman kompleksləri qurulmalıdır. Məktəblərdə və ali təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri praktik əsaslı olmalı, kütləvi idman tədbirləri artırılmalıdır. Peşəkar idmanda seleksiya sistemləri gücləndirilməli, məşqçi hazırlığı müasirləşdirilməlidir. İdmançılar üçün sosial təminatlar artırılmalıdır.
Özəl sahədə idmanın cəlbediciliyi artırılmalı peşəkar klubların yaradılmasında müasir metodlardan istifadə təmin edilməlidir. İdman elmi və texnologiyalarının tətbiqi vacibdir — süni intellekt əsaslı təhlil sistemləri, idman tibbi və reabilitasiya mərkəzləri inkişaf etdirilməlidir. Sponsorluq üçün vergi güzəştləri və marketinq dəstəyi verilməli, klubların kommersiya imkanları genişləndirilməlidir.
– Bütün bu tədbirlər Azərbaycana nə qazandıra bilər?
– Bu tədbirlər ümumxalq sağlamlığının yüksəlməsinə, gənclərin fiziki və mənəvi inkişafına, beynəlxalq idmanda uğurların artmasına səbəb olacaq. İdman təkcə yarış meydançası deyil, həm də cəmiyyətin rifahını təmin edən mühüm vasitədir.