- Baxış sayı: 28
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Liqa-1-in son turunda “Paris”ə 1-2 hesabı ilə məğlub olduqdan sonra PSJ-nin baş məşqçisi Lüis Enrike komandasının hücumçusu Usman Dembelenin zədəsi ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “Qızıl top” mükafatının sahibi 27-ci dəqiqədə Qonsalo Ramosla əvəzlənib:
“Usman haqqında hələlik heç nə deyə bilmərəm. Dəqiq məlumat almaq üçün bazar ertəsinə qədər gözləməliyik. Amma düşünürəm ki, bu, sadəcə əzələ yorğunluğudur.
Bu gün yalnız fərziyyə irəli sürə bilərik, amma düşünmürəm ki, vəziyyət pisdir. Çempionlar liqasının finalına hələ 2 həftə qalıb”.