Cərrahiyyəsi uğurla sonuclanıb

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes uğurlu əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, ispaniyalı futbolçu “Betis” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda sağ ayağında 5-ci metatarsal sümüyünün sınığı alıb.

Sağalma müddəti bərpadan asılı olaraq müəyyənləşəcəyi bildirilir. Bu mövsüm o, 48 oyunda meydana çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə verib.

Əvvəllər onun 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunu buraxacağı söylənilirdi.

Həmin kateqoriyadan