- Baxış sayı: 40
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “bayquşlar” xorvatiyalı dayaq yarımmüdafiəçisi ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, onunla 3+1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilib. İvan Lepiniça karyerası ərzində “Rieka” (2018-2023), həmçinin icarə əsasında “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib.
2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib. Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. O, komandamızda 13 nömrəli geyimdə çıxış edəcək.