- Baxış sayı: 44
- 15 Sentyabr 2026 18:11
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

Macarıstan millisinin qapıçısı Peter Qulaçi karyerasını İspaniyada davam etdirəcək.
Allsport.az xəbər verir ki, 36 yaşlı qolkiper Almaniyanın “Leyptsiq” klubundan “Vilyarreal”a transfer olunub.
Tərəflər 2 illik müqavilə imzalayıblar. Keçidin məbləği 2 milyon avro təşkil edib.
Peter Qulaçi ötən mövsüm Bundesliqada 23 oyunda meydana çıxıb və qapısında 34 top görüb.