- Baxış sayı: 30
- 12 Dekabr 2024 23:47
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
“Qarabağ” premyer liqanın 13-cü turunda Tofiq Bəhramov adına stadionda “Zirə”ni qəbul edib və rəqibə 4:0 qalib gəlib. Allsport.az xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov qələbəyə aydınlıq gətirib:
“Futbolçularımı təbrik edirəm. Fasilə öncəsi vacib qalibiyyət idi. Komandada bir az yorğunluq var idi. Çünki bundan əvvəl uzun səfər etmişdik. Bu, birinci hissədə daha çox hiss olundu. “Zirə” də ilk yarıda çox yaxşı müdafiə olunurdu. Amma ikinci hissədə futbolçularımız daha yaxşı oynamağa başladılar. Vurduğumuz 2-ci qol oyunu sanki bir az asanlaşdırdı”.
Baş məşqçi avrokubok matçlarında heyətdə tez-tez dəyişiklik etməyin tərəfdarı olmadığını söyləyib: “Vacib matçlarda heyətdə çox dəyişiklik etməyin tərəfdarı deyiləm. Bəzən bir, maksimum iki dəyişiklik etmək olar. Avrokubokda rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Meydanda da həmin təzyiqə gözən futbolçular olmalıdır. Hansısa oyunçunun hazırlığının digərindən yaxşı vəziyyətdə olduğunu görsək, o zaman dəyişiklik edə bilərik”.