- Baxış sayı: 35
- 20 İyul 2025 10:50
- Baxış sayı: 134
- İyul 20, 2025
- 0
FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.
İyunun 25-də Bratislava şəhərində yerləşən milli futbol stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.