Məşqçiliyə başlamaq istəyir

Məşqçiliyə başlamaq istəyir

“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos məşqçilik karyerasına başlamaq istəyir.

Allsport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi İspaniya futbol federasiyasına lisenziya almaq üçün məşqçilik kurslarına qatılmaq istədiyini bildirib. Onun müraciəti müsbət qarşılanıb.

Kroos “A” kateqoriyası almağı və böyük klublarda çalışmağı hədəfləyir.

Almaniyalı keçmiş futbolçu 2024-cü ildə karyerasını bitirib. O, “Bavariya”, “Real” kimi klublarda çıxış edib.

Həmin kateqoriyadan