- Baxış sayı: 79
- 29 Aprel 2026 22:14
- Baxış sayı: 89
- Aprel 29, 2026
- 0

Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döydüyünə görə, Yusif Miraşovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Allsport.az saytı xəbər verir ki, məhkəmə 32 yaşlı Miraşovu “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə 3 il ümumi rejimli koloniyaya çəkib.
2023-cü ilin mayında Aleksey Şved Moskvanın mərkəzindəki restoranın yaxınlığında döyülüb. Nəticədə o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. İndi 35 yaşlı rusiyalı Çinin “Şansi” klubunda çıxış edir.