- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Premyer liqasının yeni mövsümündə ilk avtoqol qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 7-ci turda “Qarabağ” – “Neftçi” matçında (4:0) qonaqların futbolçusu Robert Bauer topu öz qapısına vurub. Bu, ölkə çempionatları tarixində 234-cü avtoqol olub.
“Ağ-qaralar”ın futbolçuları Azərbaycan çempionatlarında 25-ci dəfə topu öz qapısına vurublar. Bu, yarışın tarixində antirekorddur. “Qarabağ” isə 34-cü dəfə rəqib qoluna sevinib ki, bununla da sahib olduğu rekordu yeniləyib.
Flaqmanın avtoqollarından 8-i “Qarabağ”la görüşlərə təsadüf edib.