Multimedia müsabiqəsi

Tərəqqi heç vaxt bir istiqamətli olmur, o, həyatın bütün sahələrində əksini tapmalıdır. Bu gün Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bəllidir. Son dövrdə Odlar yurdu mötəbər beynəlxalq yarışlar məskəninə çevrilib; özəlliklə, olimpiya idman növlərinə aid tədbirlərə geniş yer verilməsi, bu sahənin sürətli inkişafına şərait yaradıb: Bakı-2015 1-ci Avropa oyunları, Ümumdünya şahmat olimpiadası-2016, İslamiada-2017, postsovet məkanında voleybol üzrə ilk qitə çempionatı və Bakı-2019 Avropa gənclərinin yay festifalı. Bu sıraya Formula1-də qoşuldu. 5 il öncə ilk dəfə dünyanın ən nüfuzlu idman avtomobili yarışı Xəzər sahillərinə gəlib çıxdı; ulduz pilotlar yüksək sürətli bolidləri ilə Bakı küçələrində şütüdü. Amma onlara öz məharətlərini burda göstərmək elə də asan olmadı. Sirli, riskli və mürəkkəb paytaxt trası sanki keçmişini, İçəri şəhərin lonanbac yollarını ehtiva edirdi.

İlk dəfə «aluminium çəpərlər»in üzərindən

Təəssüf  hissi ilə qeyd etməliyəm ki, ölkəmizdə ilk dəfə təşkil edilən Bakı qran-prisini bir jurnalist olaraq kənardan izləməli oldum. Səbəbi sadədir, qeydiyyatdan keçməmişdim. Cəhd də etməmişdim. Həmkarlar sosial şəbəkələrdə, tədbirlərdə yaydılar ki, akkreditə şərtləri qəlizdir və çox mərhələlidir. Yarış ilk dəfə keçirildiyindən bilgi və əlaqə də zəif idi. Elə ki, ötüşmə günü gəlib yetişdi, bolidlərin səsi yaşadığım ünvana qədər gəldi çatdı, özümü saxlaya bilmədim. İlk olaraq televizoru işə saldım. Bir təcrübəli həmkarımın – Aydın Bağırovun – özü də futbol yazarının tribunadan yarışı birbaşa seyr etməsini görüncə, özüm-özümü orda danladım. 15 il durmadan qeyri-futbolu işıqlandıran jurnalist bu bayramdan kənar qalmamalıydı! Bir az ötüşməni izlədikdən sonra, geyinib 4-5 küçə irəli, oxuduğum 190 saylı məktəbin önündən keçib «İstiqlaliyyət»ə tərəf irəlilədim. Yeri gəlmişkən, indi Nigar xanım həmin ərazidən, Səbail rayonu 29 saylı seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Hansı Nigar, Koroğlunun yarımı? Xeyr, onu bir azdan tanıdacam.
Qayıdım, hadisə yerinə. Hər 50 metrdən bir motorların vahiməli gurultusunu daha aydın eşidilirdi. Bakı şəhər halqasına büsbütün çəpərlənib müxtəlif reklam örtükləri ilə qapadılmışdı. O üzdən mərkəzi küçədə 2-3 qatlı daş pilləkana çıxıb ordan avtomobilləri görə bildim.
Seyrçi qalmağıma rəğmən, mükafat yarışını işıqlandırmaqda seyrçi qalmadım. Necə olsa, peşə borcumu yerinə yetirməliydim. Yekunda tədbirə KİV-də geniş yer verək bir qrup həmkarlarım BŞH əməliyyat şirkəti tərəfindən Fəxri diplom aldı. Amma sağ olsunlar, mətbuat günündə məni unutmadılar. Ümumdünya şahmat olimpiadası-2016 ilə bağlı yarışda tanış olduğum Nəzakət Zeynallı zənğ edərək şirkətə gəlməyimi istədi. Orda olarkən sürprizdə qarşılaşdım. Həmkarım şirkət tərəfindən hədiyyə olunan çantanı təqdim etdi. Söhbət edərkən, dəhlizdə qurumun digər, daha vəzifəli  xanım əməkdaşı ilə görüşdüm. Evə gedirdi. Ondan aydınlaşdırdım ki, Fəxri diplom siyahısını gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədova müəyyənləşdirib. Hər şeyi anladım.

Öyünüləsi fədakarlar – onların qədrini bilək!

Formula1 davamlı, bu dəfə Azərbaycan qran-prisi adı ilə keçiriləcəyindən, istər-istəməz təşkilata yaxınlaşmam bir qədər də artdı. İlk dönəmdə qeydiyyatda anlaşmamazlıqlar olduğu üçün, xüsisi məşğələlər keçirildi. 2 dəfə təşkil edilən «Sürətin nəbzini tut» seminarları da yerinə düşdü. Bunların mənə böyük faydası oldu, əsasən, akkreditənin dolğun və incə yollarını mənimsədim. Başda marketinq və kommunikasiya şöbəsinin rəhbəri və bizim yarışın milli mətbuat katibi Nigar Arpadarai olmaqla, bütün heyət KİV-in maariflənməsi üçün əlindən gələni əsirgəmədilər. İnsafla demək lazımdır, bu illər ərzində əməliyyat şirkəti 24 saat xidmətimizdə dayanıb və mediadının proseslərin içində olması üçün bütün səylərini sərf ediblər. Bu heyətin dəyərinə ötən il bir daha əmin oldum. Tərif üçün demirəm, faktla danışacağam: Bakı olimpiya stadionunda İngiltərənin «Çelsi» və «Arsenal» klubları arasında Avropa liqasının finalına qeydiyyat bərbad durumda idi. «Fame» olmadığı üçün, məni uzun mərhələ gözləyirdi. Dəstək üçün dəqiq istiqamət də bildirilmirdi. Heç yox idi. Elə oldu ki, Feysbuk vasitəsi ilə stadionun media rəhbərliyi ilə telefonla danışmaq üçün bir günümü qurban verdim. Evdən çölə çıxmadım ki, mobil rabitə vasitəsilə kompüterin önündə həll yollarını başa salacaqlar. Bu il futbol üzrə Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. Qeydiyyatda yardım üçün bir dəfə müraciət etdim, səs çıxmadı. Axırda biri həmkarım kömək etdi.

Son 4 ildə 860 milyon manat gəlir

Formula1-in sosial-iqtisadi təsirləri çox güclüdür. Birincisi, çılğıc adrealin həvəskarların rəqabəti canlı izləmək üçün yarışın keçirildiyi ölkəyə səfər etmə ehtimalı böyükdür. Üstəlik, seriyada yeni şəhərin adının olması marağı birə-beş artırır. Digər tərəfdən, ötüşmə avtomobilərini canlı görmək arzusu ilə alışıb-yanan qonşu dövlətlərin vətəndaşları uzun yol qət etmədən müxtəlif minik vasitələri ilə mübarizə mərkəzinə gələ bilirlər. Hər mövsümdə paytaxtımızda Gürcüstan, İran, Rusiya və Türkiyədən xeyli azarkeş görürük. Üstəlik, viza rejimi sadələşdirildiydən, son dönəmdə ərəb ölkələrindən də Xəzər sahilinə böyük axın var. Turistlərin gəlişi valyuta gəlirləri deməkdir. Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimovun açıqladığına görə, ölkəmiz son 4 ildə cəmdə 860 milyon manat qazanıb. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, peşəkar xidmətlər, mehmanxana və restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, elektrik, qaz, su və digər sektorlar daxildir.

Şəhər trasının üstünlüyü

Bakı təqvimdə olan 3 şəhər trasından biridir. Burada üstün və sərfəli tərəflər var. Birincisi, rəqabət anında şəhərin bütün gözəl yerləri istər-istəməz kadrlara düşür. Bundan gözəl təbliğat nə ola bilər? İkincisi, avtodromla müqayisədə, təşkilati məsələlərdə elə də yüksək xərc qoyulmur. Ən çox vəsait, deyərdim, qran-pri çərçivəsində ulduz sənətçilərin dəvət olunmasıdır. Amma həmin müğəninlərin də öz pərəstişkarları var. Onlardan ötü onlar uzun yol qət etməyə belə hazırdırlar. Yəni, qoyulan «sərmayə» çıxarılır. Yaxşı xatırlayıram, 2-ci mükafat yarışında ulduz sənətçilərdən biri türkiyəli Tərxan (Tarkan) idi. Onun ölkəmizdə rusdilli təbəqə arasında bu qədər tərəfdarının olmasını konsertin gedişində gördüm. Tədbirin yekununda, Dənizkənarı milli parkdan, Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Fəvvarələr meydanına doğru gedərkən (yeri gəlmişkən, xoş təsadüf: yazını yazdığım müsabiqənin son tarixi, yanvarın 31-i ulu öndərin doğum günü ilə üst-üstə düşdü), toplumun içində önümdəki Türkiyə vətəndaşlarının dialoqunu eşitdim. Onların boy ölçüləri bir-birlərini uyğun gəlməsə də – oğlan basketbolçu görünüşlü, qız bəstəboy – sevgili cütlük idilər. Bəy yarına, «Türkiyədə olsaydıq, Tarkanı heç zaman belə yaxından və rahatlıqla seyr edə bilməzdik».  
Za­man aman­sız­dır və onun hər anı­nın öz hök­mü var. Onu ya­şat­ma­ğa cəhd gös­tə­rən ta­rix­sə, bü­tün elm­lə­rin ən sub­yek­ti­vi­dir. Çün­ki za­man­dan sa­va­yı, hər bir ha­di­sə, həm də onu ta­ri­xə həkk edə­nin “rəng­kar­lıq”ının, onun dün­ya­gö­rü­şü­nün, ma­raq­la­rı­nın, priz­ma­sı­nın süz­gə­cin­dən ke­çir. Hər şe­yə rəğ­mən, keçmiş ya­şa­yır, ya­şa­dır…
Cə­miy­yə­tin ab-ha­va­sı­nı, onu in­ki­şaf­da, ol­du­ğu ki­mi bü­tün ça­la­rı, rəng­lə­ri ilə bi­zə çat­dı­ra bi­lə­cək ta­ri­xi ha­di­sə­lər­dən söh­bət ge­dər­sə, yə­qin ki, indi Azərbaycan mükafat yarışı ön plan­da gə­lər.

Həmin kateqoriyadan