- Baxış sayı: 45
- 03 Avqust 2026 21:56
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula-1 üzrə dünya çempionatında yeni rekord edib. Allsport.az xəbər verir ki, o, bir mövsümdə ən çox qələbə qazanan sürücü kimi tarixə düşüb.
Braziliya qran-prisinin qalibi olan Ferstappen mövsüm ərzində baş tutan 21 mərhələnin 17-də finişə birinci çatıb.
3-qat dünya çempionu karyerası ərzində isə 52-ci dəfə qran-prinin qalibi olub. Bu göstəriciyə görə Alen Prostu qabaqlayan 26 yaşlı idmançı 4-cü pilləyə yüksəlib.
Ən çox qələbə qazanan ilk üç sürücü Lüis Həmilton (103), Mixael Şumaxer (91) və Sebastyan Fetteldir (53).