- Baxış sayı: 31
- 05 May 2026 21:09
- Baxış sayı: 127
- May 04, 2026
- 0

“Neftçi”nin daha iki futbolçusu milli komandalardan dəvət alıb.
Allsport.az xəbər verir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF millətlər liqasının oyunlarında iştirak edəcək. Kuç isə Monteneqro millisi ilə UEFA millətlər liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, ayın 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.