- Baxış sayı: 13
- 22 Sentyabr 2026 17:14
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

“Şəfa” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi niderlandlı müdafiəçi Kristofer Mamengi ilə “1+1” illik müqavilə imzalayıb.
25 yaşlı futbolçu karyerası ərzində Niderlandın “Utrext” və “Almere”, həmçinin Kosovonun “Priştina” klublarında çıxış edib.
Kristofer Mamengi Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.