Ölkə birinciliyinin fərdi yarışları başa çatdı

Cüdo üzrə 15 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinin fərdi yarışlarına yekun vurulub.

Allsport.az xəbər vreir ki, fövqəladə hallar nazirliyinin idman sağlamlıq mərkəzində keçirilən turnirdə qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. 101 klub, cəmiyyət və idman təşkilatından olan 572 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın üçüncü günündə qızlar arasında 44 kq, 57 kq və +70 kq çəki dərəcələrində, oğlanlar arasında isə 42 kq, 60 kq və +73 kq çəki dərəcələrinə mükafatçılar bəlli olub.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 10 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 2-ci yerə Şuşa uşaq-gənclər idman məktəbi, 3-cü yerə isə Bakı şəhəri 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi layiq görülüb. 35 komanda müxtəlif əyarlı medal qazanıb.

Birinciliyin komanda yarışları isə bu gün baş tutacaq.

Oğlanlar

42 kq

1. Fərid Rzazadə (Pirşağı-Kürdəxanı İK)

2. Qərib Atababayev (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

3. Ayxan Məmmədov (Bakı şəhəri 10 nömrəli İOEUGİM)

3. Vüqar Mustafayev (Qəbələ İK şəhər)

60 kq

1. Aqşin Bayramov (Turan İK)

2. İsmayıl Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Murad Nəzərzadə (Cüdo Klub 2012)

3. Ayan Mahmud (313 İK)

+73 kq.

1. Camal Bünyatov (Bakı şəhəri 10 nömrəli İOEUGİM)

2. Valeh Sadiqzadə (Yevlax)

3. Nihad Məlikli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

3. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

Qızlar

44 kq

1. Yağmur Abdullayeva (Şuşa UGİM)

2. Pərvin Şəvxanlı (Bakı şəhəri 2 nömrəli İOEUGİM)

3. Zəhra Feyzullayeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Nigar Heydərzadə (Çempion 74)

57 kq

1. Məleykə Əsədova (Şahin 313 İK)

2. Ayan Zeynallı (Neftçi İK)

3. Zöhrə Ağazadə (Neftçi İK)

3. Mahizər Axundzadə (Pirşağı-Kürdəxanı İK)

+70 kq

1. Xədicə Quluzadə (Şuşa UGİM)

2. Aişə Jestekina (Sumqayıt şəhəri 1 nömrəli 1 İOEUGİŞM)

3. Gülşən İbrahimova (Goranboy UGİM)

Həmin kateqoriyadan