- Baxış sayı: 18
- 15 Oktyabr 2024 20:20
- Baxış sayı: 67
- Oktyabr 11, 2024
- 0
Bu gün “Turan Tovuz” Azərbaycan premyer liqasının 6-cı turunda “Sabah”ın qonağı olub. Allsport.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Qurban Berdıyev mətbuat konfransında danışıb:
“Mən artıq paltardəyişmə otağında uşaqlara dedim ki, biz 1-ci hissənin ilk dəqiqələrini uduzduq. Amma uşaqlar sonradan xarakter göstərdi. Oyunçularımdan çox razı qaldım.
İkinci hissədə bəzi oyunçuların mövqe səhvinə görə qol buraxdıq. “Sabah”ın da haqqını danmaq olmaz. Onlar da bu vəziyyətlərdən yaxşı yararlandılar. Ümumən oyunçularım yaxşı çıxış etdi”.