- Baxış sayı: 36
- 20 Sentyabr 2026 13:22
- Baxış sayı: 172
- Sentyabr 17, 2026
- 0

“Qarabağ” futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, premyer liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib. Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.