- Baxış sayı: 33
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Portuqaliyanın “Sportinq” klubu Avropa liqasının qrupunda “Qarabağ”a qarşı oyundan öncə azarkeşlərinə müraciət edib.
Allsport.az saytı xəbər verir ki, “aslanlar” tərəfdarlarına bu qarşılaşmada pirotexniki vasitələrdən istifadə etməməsini və meydana kənar əşyalar atmamasını xahiş edib.
Bu gün Lissabonda “Joze Alvalade” stadionunda matç saat 23:00-da başlayacaq. Komanda ötən mövsüm Avropa liqasının 1/4 finalında evdə İspaniya “Atletiko”su ilə görüşdə fanatların oxşar davranışlarına görə cəzalandırılıb.