- Baxış sayı: 46
- 07 May 2026 15:00
- Baxış sayı: 250
- May 07, 2026
- 0

Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Allsport.az xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Azərbaycan premyer liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.