“Sağlam həyat” Xəzər rayonunda

Martın 12-də səyyar “Sağlam həyat” avtomobili Xəzər rayonunda olub.

Allsport.az saytı xəbər verir ki, Şağan olimpiya idman kompleksində gənclər və idman nazirliyi tərəfindən təşkil olunan layihədə iştirakçılar müxtəlif idman normativlərini yerinə yetirərək öz fiziki bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda normativləri düzgün yerinə yetirən iştirakçılara sertifikat təqdim olunub.

Həmin kateqoriyadan