“Yaşayan əfsanə”ni qəbul etdi

İyunun 23-də gənclər və idman naziri Fərid Qayıbov dünyanın məşhur döyüş ustalarından biri – əfsanəvi İp Manın tələbəsi, “Yaşayan əfsanə” tituluna sahib böyük usta Samuel Kvoku qəbul edib.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı Azərbaycanda döyüş sənətlərinin inkişafı, bu sahəyə olan marağın artırılması və qarşılıqlı təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan vinq çun federasiyasının prezidenti Asif Sayadov, vitse-prezidenti İlqar Mustafayev, Türkiyə vinq çun akademiyasının prezidenti Murad Qaplan, İngiltərə vinq çun federasiyasının təmsilçisi Cefri Lezard da iştirak ediblər.

Həmin kateqoriyadan