- Baxış sayı: 50
- 22 İyun 2026 04:04
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, 7-ci turda qapılara 17 qol vurulub. Orta məhsuldarlıq 3,40-a bərabər olub.
“Səbail” – “Sabah” qarşılaşmasında (2:4) daha çox – 6 top vurulub. “Qarabağ” – “Neftçi” oyununda (4:0) 4, “Turan Tovuz” – “Araz-Naxçıvan” görüşündə (1:2) 3 qol qeydə alınıb. “Kəpəz” – “Şamaxı” matçında (0:2) və “Sumqayıt” – “Zirə” oyununda (0:2) isə 2 top vurulub.
Tur ərzində məhsuldarlıqda mövsümün yeni rekordu qeydə alınıb. Bunadək ən çox top çempionatın ilk turuna təsadüf edib. Startda 5 görüşdə 16 qol vurulub.