- Baxış sayı: 40
- 08 İyun 2026 11:29
- Baxış sayı: 142
- İyun 08, 2026
- 0
Çeçenistan paytaxtında “Qroznaya bitva 13” adlı döyüş gecəsi keçirilib. Allsport.az xəbər verir ki, gecənin əsas görüşündə azərbaycanlı K-1 ustası Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib.
3 raundluq görüş zamanı rəqibini üç dəfə noqdauna göndərən həmyerlimiz, sonda hakimlərin yekdil qərarıyla inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacardı.
Qeyd edək ki, qələbə münasibətiylə Zabit Səmədovu ilk olaraq Çeçenistan prezidenti Ramazan Qədirov təbrik edib.