- Baxış sayı: 27
- 06 Avqust 2026 10:35
- Baxış sayı: 166
- Avqust 05, 2026
- 0

Azərbaycan premyer liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.
Allsport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.
Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.
Qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə idman kompleksinin stadionunda gerçəkləşəcək.