8 yaşlı Rafael Zeynalov Arazın o tayında 2-ci yer tutub

Arazın o tayının Astarasında karatenin şotokan növü üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda çıxış edən Rafael Zeynalov (30 kq) 2-ci yer tutub.

Buna qədər Şağan Olimpiya idman Kompleksində təşkil olunan dünya kuboku mərhələsində “Qara qaplan” klubunun istedadlı üzvü 1-ci olmuşdu. Müəllimləri Orxan Şabanov və Əli Rəcəbov ondan razıdırlar.

8 yaşlı karateçinin himayıdarı “İVY Group”un prezidenti Tamerlan Vahabovdur.

Həmin kateqoriyadan