- Baxış sayı: 82
- 15 İyun 2026 14:11
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycan karate federasiyasının (AKF) idarə heyətinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, yığıncaqda 2024-cü ilin vahid təqvim planında keçirilməsi, nəzərdə tutulan yarışların təşkili, struktur qurumların-federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi müzakirə olunub.
Həmçinin dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda baş tutması, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Yekunda müvafiq qərarlar qəbul edilib.