Karate federasiyasının rəhbəri güllələndi

Sankt-Peterburq karate idman federasiyasının rəhbəri və atıcılıq üzrə məşqçi Vitali Konevin ölümü ilə bağlı Leninqrad vilayətində cinayət işi açılıb.

Allsport.az xəbər verir ki, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonundakı Nevski poliqonunun ərazisində baş verib. 57 yaşlı Konevinin cəsədi fevralın 7-də atəş hədəflərinin yaxınlığında tapılıb.

Əvvəlcə həkimlər ölümün təbii səbəblərdən olduğunu güman edirdilər, lakin kəllə sümüyünü açdıqdan sonra orada, güllə aşkar edilib. Müayinə göstərib ki, ölüm kəllə sınığı və beyin zədəsi nəticəsində baş verib.

Konev 2013-cü ildən Sankt-Peterburq karate federasiyasına rəhbərlik edirdi. O, karate üzrə idman ustası, praktiki atıcılıq üzrə beynəlxalq dərəcəli idman ustası idi.

Həmin kateqoriyadan