- Baxış sayı: 59
- 12 Noyabr 2026 19:03
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan karateçisi Nurlan Rzazadə (67 kq) Kiprin Larnaka şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
Allsport.az xəbər verir ki, o, Karate 1-A seriyasında gümüş medal qazanıb.
Nurlan həlledici görüşdə braziliyalı Vinisius Fiqueyrara uduzub. Görüş rəqib karateçinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.