Zeynəb millini medalsız qoymadı

Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən koşiki karate-do federasiyasının kudo üzrə uşaqlardan ibarət yığması Maltada qitə birinciliyində uğurla çıxış edib.

Allsport.az xəbər verir ki, baş məşqçi Nazim Mövsümzadənin rəhbərliyi ilə yarışa yollanmış 5 idmançımız -Zeynəb Mövsümzadə, Mirrauf Əlizadə, Murad Axundov, İsmayıl Nağıyev və Cavid Məmmədov 13 ölkədən olan rəqibləri ilə mübarizə aparıblar.

İdmançılarımızdan Zeynəb Mövsümzadə (43 kq) yarımfinalda Malta, final döyüşündə isə ukraynalı rəqibinə qalib gələrək qızıl medala layiq görülüb. İsmayıl Nağıyev (32 kq) çempionatda nümayiş etdirdiyi ən yaxşı texnikaya görə xüsusi mükafatla (diplom və kubokla) təltif olunub.

Avropa birinciliyində Azərbaycan 2 hakim Rəşad Quliyev və Sevinc Mövsümzadə ilə təmsil olunub.

Həmin kateqoriyadan