Karateçilərimizdən 8 medal

Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilmiş Avropa birinciliyində uğurla çıxış ediblər.

Allsport.az xəbər verir ki, komandamız qitə miqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. -55 və -61 kq çəki dərəcələrində müvafiq olaraq Fərid Hacızadə və Aslan Dostuyev fəxri kürsünün ilk pilləsinə qalxıblar. Osman Osmanlı +84, Cahangir Qayıbov isə 70 kq-da gümüş mükafatlara yiyələniblər. Yığma komandamızın 4 üzvü – Hüseyn Məmmədli -67, Ələddin Məlikov -63, Rəvan Abbasov -57, Vüsal Qəmbərov isə -52 kq çəki dərəcəsində bürünc medala sahib olublar. Bu nəticələr sayəsində yığmamız komanda 49 ölkə arasında 7-ci yeri tutub.

Avropa birinciliyində görüşləri idarə edən 2 hakimimiz Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb. Qitə miqyaslı yarışdaa 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb.

Həmin kateqoriyadan