Alina Kuznetsova: “Qarabağ”ın xeyli vurulmayan topları və yersiz itkiləri oldu

Qadın həndbolçuların superliqasının 6-cı turunda keçirilən “Azəryol” – “Qarabağ” oyunu çox gərgin olub. Başabaş mübarizədə vitse-çempion ilk dövrədə məğlubiyyətin əvəzini çıxıb (28:27). Matçdan sonra allsport.az saytına açıqlama verən “Qarabağ”ın qolçusu Alina Kuznetsova yenilgiyə belə şərh verib:

“Təəssif ki, bu gərgin mücadilədə oyunu qələbəyə daşıya bilmədik. Görüşdə hər şeyin rəvan getdiyini səyləməzdim. Xeyli vurulmayan toplarımız və axmaq itkilər oldu. Amma biz çalışdıq, sonacan vuruşduq. Bu oyunda 2 hədnbolçumuzu özəlliklə qeyd edərdim: Anna Həmidəva və Səbinə Babayev”.

 

Həmin kateqoriyadan