“Azərbaycan idman tarixinə 2-qat olimpiya çempionu kimi düşmək istəyirdim”

Rio-2016-da gümüş medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov (65 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanmada KİV nümayəndələrinə açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, o, var qüvvəsi ilə çalışıb, uğurun davamını Tokio-2020-də gətirəcəyini dedi:

“Rioda qızıl medal qazanıb, Azərbaycan idman tarixinə 2-qat olimpiya çempionu kimi düşmək istəyirdim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir.

Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. İndi var qüvvəmlə çalışacağam ki, London olimpiadasındakı uğurumu Tokio-2020-də təkrarlayım.

Həmin kateqoriyadan