Azərbaycanın 1-ci komandası reytinqdə 4-cü sıradadır

Bakı Şahmat Olimpiadasında ən reytinqli komandaların siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, kişilərin yarışında adəti üzrə, 180 kollektiv sırasında Rusiya millisi yenə yüksək göstəriyə məxsusdur.

Şimal qonşumuzun orta əmsalı 2760-a bərabərdir. ABŞ (2740) 2-ci, Çin (2735) 3-cüdür. Azərbaycanın 1-ci millisi 2705 xalla 4-cü yerdə dayanır. 2-ci və yığmamız 2576, 3-cü komandamız 2350 xala malikdir.

141 komandanın çıxış edəcəyi qadınların turnirində reytinq-favorit Çin millisidir – 2528. 2-ci sıranı Rusiya (2493), 3-cünü Ukrayna (2485) tutur. Ölkəmizin 1-ci komandasının 2320 xalı var. 2-ci və 3-cü heyətlərimiz müvafiq olaraq 2248 və 2016 xala sahibdirlər.

Həmin kateqoriyadan