Şahmatçımız FİDE Şahmat Akademiyasında

FIDE-nin təsis etdiyi şahmat akademiyası dünya ölkələrindən seçilən istedadlı uşaqlar üçün xüsusi təlim keçirib.

Allsport.az xəbər verir ki, bu ilin yanvar ayından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb edilib.

Onlayn dərslərin yekununa əsasən, xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştirak üçün İspaniyanın Menorka şəhərinə dəvət olunub. Azərbaycan təmsilçisi Xaqan Əhməd seçilən 13 şahmatçıların arasında bir həftəlik əyani məşqlərə qatılıb.

Şahmatçımız İspaniyada hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüb.

Məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi, zəif məqamların tapılması, hücum, müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Məşq zamanı şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.

Həmin kateqoriyadan