Novruz turnirinin mükafatçıları

Bakı şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şahmat idman növü üzrə turnir təşkil olunub.

Allsport.az xəbər verir ki, turnir Xətai rayonu Heydər Əliyev adına liseydə baş tutub. Yarışda liseyin şagirdləri iştirak ediblər.

İbrahim Kərimov, Nurlan Rzazadə və Altun Rəsulzadə müxtəlif yaş qruplarında qalib olublar.

Ömər Kərimli, Hüseyn Mirzəyev, Yusif Məlikov 2-ci Ömər Səmədli, Ayxan Babazadə, Cəfər Vəlizadə 3-cü yeri tutub.

Turnirin sonunda iştirakçılara və qaliblərə Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və sertifikatları təqdim olunub.

Həmin kateqoriyadan