Azərbaycan – Gürcüstan duelində heç-heçə

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşünü başa vurub.

Allsport.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma sonuncu – 5-ci turda da “sülhə” razılaşıb.

Hesabat turunda 3 şahmatçımız ağlarla, 2 şahmatçımız isə qara fiqurlarla çıxış edib. Görüşün 3 partiyası heç-heçə başa çatıb. Azərbaycan millisində Günay Məmmədzadə qələbə qazanıb, Ülviyyə Fətəliyeva məğlub olub. Yoldaşlıq görüşündə son tur 2,5:2,5 hesablı nəticəylə yekunlaşıb.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparıb. Yekunda ümumi xal toplanaraq 12,5:12,5 hesablı heç-heçə qeydə alınıb.

Həmin kateqoriyadan