Gürcüstan – Azərbaycan görüşündə növbəti heç-heçə

Qadın şahmat millimizin Tiflisdə gürcüstanlı həmkarları ilə yoldaşlıq görüşü davam edir. Allsport.az saytı xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız 4-cü turda heç-heçə oynayıb.

Hesabat turunda 3 partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində adı ilk çəkilkən təmsilçimiz yenildiyi halda, Gövhər qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə başa çatıb.

5-ci turda millimizdə 3 şahmatçı ağlarla, digərləri qara fiqurlarla oynayacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FİDE reytinqində hesablanacaq.

Həmin kateqoriyadan