“Azərreyl” Fransa çempionunu Bakıdan başıaşağı yola salıb

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Azərreyl” klubu Bakıda Fransanın “Sen-Rafael” komandasını qəbul edib.

Allsport.az saytı xəbər verir ki, isveçrəli baş hakim Kristian Volfun idarə etdiyi görüş “dəmiryolçular”ın qələbəsi ilə bitib – 3:0 (25:20, 25:11, 25:11).

Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası öncüllük edir. “Azərreyl” 9 xalla 2-ci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla 3-cü pillədədir. “Sen-Rafael”in isə xalı yoxdur.

Həmin kateqoriyadan