Bakıda kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçirilir

Aprelin 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir başlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı, “Samsung” şirkətinin dəstəyi ilə keçirilən turnir Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

Turnirdə 5 yerli və 5 xarici komanda iştirak edir. Qonaq komandalar arasında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serblər və ilk üçlükdə yer alan rumınlar da var. Turnirin final qarşılaşması aprelin 26-da saat 19:00-da başlayacaq.

Turnir çərçivəsində 8 xarici və 4 yerli hakimin, habelə 15 nəfərlik texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə seminarının keçirilməsi də planlaşdırılır. Seminarın nəticələrinə əsasən 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarını idarə edəcək hakim heyəti müəyyən olunmalıdır.

Həmin kateqoriyadan