Basketbol federasiyası ilə “Zirvə” klubu arasında müqavilə

Basketbol federasiyası və “Zirvə” beynəlxalq idman klubu arasında ilkin razılaşma protokolu imzalanıb. Allsport.az saytı xəbər verir ki, “Zirvə”nin ölkədə inşa edilən komplekslərində basketbol bölmələri də artıq fəaliyyətə başlayır. Bunun üçün Türkiyədən tanınımış mütəxəssisler dəvəy olunub. Hər il müntəzəm keçirilən “Zirvə oyunları” proqramına sözü gedən idman növü də daxil edilib.

“Zirvə”nin prezidenti Tofiq Heydərov anlaşma barədə bunu açıqlayıb: “Ağırlıqqaldırma üzrə həyata keçirdiyimiz sistemli proqram bu idman növündə də tətbiq olunmaqla respublikamızda basketbolun sürətli inkişaf etməsinə səbeb olacaq. “Zirvə” uşaq bağçası, uşaq idman akademiyası və “Zirvə” liseyində fəaliyyətə başlayan kiçik yaşlı basketbolcularımız Allahın köməkliyi ilə yaxın zamanlarda beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edəcəklər. “Zirvə” liseyinin ağırlıqqaldıranları 2-ci ildir ki, yığma komanda tərkibində Avropanın ən güclü yeniyetmə komandası olmaqla, yeni tarix yazmağı bacarıblar. Bu günlərdə ABŞ-ın Las Veqas şəhərində dünya birinciliyində artıq 2 təmsilçimiz medal qazanıb.

Allahın kömekliyi ilə basketbol və digər idman növlərində də uşaq idmanımızı dünyanın en yüksək zirvələrinə qaldıracağıq. Qardaş Türkiyədə basketbolu klublarımızda zirvələrə qaldıran Əvrən beye bu tecrübeni Azerbaycanda da həyata keçirməyə razılıq verdiyi üçün teşəkkürümüzü bildiririk. Basketbol federasiyasının prezidenti Nadir Nəsibova və vitse-prezident Həsənağa Rzayeva klublarımızda basketbolun inkişaf etməsində gösterdikləri dəstəyə görə minnetdarlığımı bildirirəm. Bütün AAAF parkın kiçik yaşlı sakinlərini bu gözəl idman növü ile məşğul olmağa dəvət edirəm”.

Həmin kateqoriyadan