YENİLƏNİB
Camaləddin Məhəmmədov gümüş medal və Rio Oyunlarına lisenziya qazandı

ABŞ-ın Las Veqas şəhərində güləşçilər arasında dünya çempionatı bitmək üzrədir. Allsport.az saytının xəbərinə görə, yarışın 6-cı, son günündə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəkilərdə qaliblər müəyyənləşəcək.

Nəzərinizə çatdıraq ki, Las Veqasda keçirilən dünyanın ən güclülərinin yarışı Rio-2016-ya vəsiqə verir. Bu çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadınlarda 48, 53, 58, 63, 69 və 75 kq, «sərbəstlər»də 57, 65, 74, 86, 97 və 125 kq çəkilərdə ilk 5 yeri tutan idmançılar olimpiadada birbaşa iştirak hüququna yiyələnirlər.

Xatırladaq ki, bu günə qədər yunan-Roma güləşində Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), “sərbəstər”də Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) olimpiya oyunlarına vəsiqə qazanıblar.

“Klassiklər”dən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala sahib çıxıblar.

57 kq 
1/16 final – Marsel Evald (GER) – Mahir Əmiraslanov 0:7
1/8 final – Yuki Takahaşi (JPN) – Mahir Əmiraslanov 3:5

70 kq
1/16 final – Dejan Mitrov (MKD) – Ruslan Dibirhacıyev 0:10
1/8 final – Bekzod Abduraxmonov (UZB) – Ruslan Dibirhacıyev 2:3

74 kq
1/16 final – Stefan Reixmut (SUİ) – Cəbrayıl Həsənov 0:8
1/8 final – Cəbrayıl Həsənov – Ənvər Geduyev (RUS) 0:4

125 kq
1/16 final – Camaləddin Məhəmmədov – Məhəmməd Sabah Abdulmalik Saklave (İRQ) 10:0
1/8 final – Camaləddin Məhəmmədov – Nobuyoşi Arakida (JPN) 11:0
1/4 final – Çuluunbat Jarqalsaixan (MGL) – Camaləddin Məhəmmədov 1:2 (tuşe)
1/2 final – Geno Petriaşvili (GEO) – Cəmaləddin Məhəmmədov 0:10
FİNAL – Cəmaləddin Məhəmmədov – Taha Ağgül (TUR) 0:10

 

Həmin kateqoriyadan