Eldar Yusubov “Abşeron”a baş məşqçi təyin olunub

Qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan superliqasında debüt edəcək komandanı Eldar Yusubov çalışdıracaq.

Təcrübəli mütəxəssis “Abşeron”la 1-llik müqavilə bağlayıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur.

“Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu olan çalışdırıcının qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.

Həmin kateqoriyadan