VİDEO
«Eurosport»da Fransa-Azərbaycan dostluq görüşündən reportaj

Dünyaca məşhur «Eurosport» tele-kanalı ötən ilin dekabrında Parisdə keçirilmiş Fransa və Azərbaycan güləş milli komandaları arasında dostluq görüşündən süjet hazırlayıb.

Allsport.az saytının məlumatına görə, reportajda pəhləvanların yoldaşlıq matçında mübarizəsindən kadrlar nümayiş olunub; hər 2 federasiyanın rəhbərləri, idmançılar və məşqçilər bu qarşılaşma barədə öz fikirlərini bildiriblər.

Fransa tərəfinin nümayəndəsi deyib ki, güləş zərbaycanda mili idman növü sayıldığından, onlarla rəqabət milli komandaları üçün çətin olub. Verilişdə Bakı şəhərindən gözəl görüntülər də yer alıb, bu ilin iyununda paytaxtımızda təşkil olunacaq ilk Avropa Oyunlarından söz açılıb.

Həmin kateqoriyadan