- Baxış sayı: 41
- 25 Aprel 2024 23:30
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışların 2-ci günündə də “sərbəstlər” uğurlu çıxış ediblər.
Əfqan Xaşalov (55 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) bütün görüşlərini qələbə ilə başa vurublar. 66 kq-da Mahal Novruzov gümüş medalla kifayətlənib.
İlk gündə millimiz 1 dəst medala sahiblənmişdi. Nəzərinizə çatdıraq ki, yarışdan əvvəl heyəti yığma komandalar üzrə baş məşqçi Firdovsi Umudov elan edib.