İslamiadanın qalibi İsrail voleybolçularını da məyus edib

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in seçmə oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, millimiz yer aldığı “E” qrupunun 4-cü görüşündə israilli həmkarları ilə üz-üzə gəlib.

Matç Faiq Qarayevin komandasının qələbəsi ilə yekunlaşıb – 3:0 (25:9, 25:14, 25:18). Yığmamız ilk 3 oyunda bu hesabla Norveç və Danimarka kollektivlərini üstələyib.

Niderlandla birgə qrupda öndə gedən voleybolçularız sabah bu komandası ilə qarşılaşacaq. Bu mübarizədə qalib gələn tərəf final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Həmin kateqoriyadan