Lüis Həmilton istirahətə qalib yollanır

Formula1 dünya çempionatı çərçivəsində Macarıstan mükafat yarışı sona çatıb. Allsport.az saytı xəbər verir ki, mövsümün 12-ci ötüşməsi Hunqarorinq avtodromunda baş tutub. Sürücülər 70 dövrə vurublar.

“Mercedes”in sürücüsü Lüis Həmilton cari rəqabətdə 7-ci qələbəsini bayram edib. “Red Bull”dan Maks Ferstappen finişə 2-ci, “Ferrari”dən Sebastyan Fettel 3-cü çatıb.

Komandalar 1 aylıq istirahətə yollanıblar. Sentyabrın 1-də Belçika qran-prisində Spa avtodromunda 44 dövrə olacaq.

Həmin kateqoriyadan