2026-cı ildə maşınların ölçüsündə ciddi dəyişikliklər olacaq

FİA ciddi şəkildə maşınların çəkisini azaltmaq üzərində işləyir. Allsport.az saytı xəbər verir ki, o üzdən 2026-cı ildə ölçüdə ciddi dəyişikliklər olacaq. Deyilənlərə görə, bolidin eni 2 metrdən 10 sm azalacaq (6 il əvvəl 20 sm artırılmışdı), təkər bazasının azaldılması da davam edəcək – 3.60 metrdən 3.40 metrə düşəcək.

Maraqlıdır ki, təkliflər arasında təkər disklərinin 18 düymdən 16 düymə salınması da var. Qəribədir, 2017-ci ildə 13-dən 18-ə qaldırılmışdı.

Yayılan məlumata əsasən, 2026-cı yeni reqlamentlə maşınların çəkisi indikindən 30 kq yüngül olacaq. Növbəti 2 ildə isə, minimal çəki daha 20 kq yüngülləşməlidir.

Həmin kateqoriyadan