“Bu mövsümü harda bitirəcəyim məni maraqlandırmır”

Allsport.az xəbər verir ki, “Mersedes”in pilotu Lüis Həmilton bu mövsümün yekun nəticəsinə əhəmiyyət vermədiyini bildirib.

Onun sözünə görə, bütün diqqətini komandanı 2024-cü il mövsümünə mümkün qədər yaxşı hazırlamağa cəmləyib:

“Bu mövsümü harda bitirəcəyim məni maraqlandırmır. Mən sadəcə olaraq, komandaya avtomobili inkişaf etdirmək üçün ən yaxşı məlumat verməyə, onlarla işləməyə və bu avtomobili mümkün olan ən yaxşı şəkildə idarə etməyimizə diqqət yetirmişəm. Gələn il ilk yarışa və ya ilk sınaqlara başlayanda biz tam fədakarlıqla işləməyə hazır olacağıq”.

Həmin kateqoriyadan