Mariya Raçiteleva: Çox minnətdar olardıq ki, idmansevərlər gəlib “Azəryol”a dəstək olsunlar

2-3 fevralda Bakıda “Azəryol” Çağırış kubokunun 1/8 final görüşündə İsveçin “Kristianstad” klubu ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, ev sahibələri mərhələ adlayarlarsa, tarixində ilk dəfə çərək finala çıxacaq.

Hazırda komandamız bütün diqqətini bu sınağa yönəldib. Cinah həndbolçusu Mariya Raçiteleva saytımıza açıqlamasında matç barədə bunu deyib:

“Qarşıda avrokubok oyunu gəlir. Ümid edirəm ki, növbəti mərhələyə adlamaq üçün komandamız toparlanmağı bacaracaq və gözəl oyun göstərəcək. Çox minnətdar olardıq ki, idmansevərlər gəlib “Azəryol”a dəstək olsunlar”.

Həmin kateqoriyadan