Millimizin rəqibləri müəyyənləşib

Bu gün Lüksemburqda voleybol üzrə DÇ-2018-in 2-ci seçmə mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, qadın və kişilərdən ibarət millilərimizin rəqibləri müəyyənləşib.

Faiq Qarayevin rəhbərlik etdiyi xanımlardan ibarət komandamız “E” qrupunda Niderland, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bütün görüşlər gələn ilin 30 may – 4 iyunda Azərbaycanda keçiriləcək.

Kişi voleybolçularımızın rəqibləri  Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya olacaq. Bu komandalar arasındakı mücadilə 23-28 mayda Fransada keçiriləcək.

Həmin kateqoriyadan